Gürcüstana heroin keçirməyə çalışan iki Azərbaycan vətəndaşı saxlanılıb

Gürcüstana heroin keçirməyə çalışan iki Azərbaycan vətəndaşı saxlanılıb
# 02 may 2022 11:12 (UTC +04:00)

Gürcüstana 10 kiloqramdan çox heroin keçirməyə çalışan iki Azərbaycan vətəndaşı saxlanılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin Sərhəd Xidmətinin əməkdaşları iki Azərbaycan vətəndaşı - 1998-ci il təvəllüdlü Ü. T və 1989-cu il təvəllüdlü E. M-ni külli miqdarda narkotik maddəni Gürcüstana keçirməyə çalışarkən saxlayıb.

Saxlanılan şəxslərə qarşı Gürcüstanın dövlət sərhədini qanunsuz keçmək, habelə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması və idxalı maddələri ilə cinayət işi açılıb.

Müvafiq maddələr 15 ildən 20 ilə qədər və ya ömürlük həbs cəzasını nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR