Gürcüstanda güclü yağış 3 kəndi su altında qoyub

Gürcüstanda güclü yağış 3 kəndi su altında qoyub
# 13 iyun 2019 13:59 (UTC +04:00)

Gürcüstanın Qori şəhərində yağan güclü yağış şəhərə tabe olan Kelktseuli, Kvemo Xviti və Zemo Nikozi kəndlərini su altında qoyub.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə nəticəsində evlərin birinci mərtəbəsinə və zirzəmisinə su dolub. 50 ailəyə külli miqdarda maddi ziyan dəydiyi bildirilir. Evlərdən suyun təmizlənməsi məqsədi ilə Gürcüstanın Fövqəladə Hallar İdarəsinin 10 işçi qrupu əraziyə cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR