Gürcüstanda hər 5 nəfərdən biri ölkəni tərk etmək barədə düşünür

Gürcüstanda hər 5 nəfərdən biri ölkəni tərk etmək barədə düşünür
# 02 fevral 2023 15:17 (UTC +04:00)

Gürcüstanda hər 5 nəfərdən biri ölkəni tərk etmək barədə düşünür.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Milli Demokratik İnstitut (NDI) təşkilatının əhali arasında keçirdiyi sorğunun nəticəsində qeyd olunub. Bildirilib ki, paytaxt Tbilisinin, eləcə də böyük şəhərlərin sakinlərinin və gənclərin üçdə biri ölkəni tərk etmək istəyir.

Miqrasiya etmək istəyənlərin əksəriyyətinin kişilər olduğu qeyd olunub.

Dekabrın 3-dən 20-dək ölkə ərazisində üzbəüz müsahibə şəklində keçirilən sorğuda 2519 nəfər iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR