Gürcüstanda qəzaya uğrayan helikopterdəki 8 nəfərin hamısı həlak olub - VİDEO - YENİLƏNİB-2

Gürcüstanda qəzaya uğrayan helikopterdəki 8 nəfərin hamısı həlak olub - VİDEO  - YENİLƏNİB-2
# 29 iyul 2022 21:06 (UTC +04:00)

Gürcüstanın Qudauri kurort zonasında helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili işlər naziri Vaxtanq Qomelauri jurnalistlərə açıqlamasında bildirib.

Nazir qəza nəticəsində həlak olanların ailə üzvlərinə başsağlığı verib.

Qeyd edib ki, həlak olanlardan altısı Gürcüstan DİN-in əməkdaşı, iksisi isə tibb işçisi olub.

Vaxtanq Qomelauri qəzanın səbəblərinin hələ ki dəqiq bilinmədiyini, lakin araşdırmaların aparıldığını deyib.

***

19.26

Qudauridə qəzaya uğrayan helikopterdə 8 nəfər olub.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.

Onlardan 4-ü ekipaj üzvü, 2-si xilasedici və 2-si həkim olub.

Bildirilib ki, aidiyyəti orqanlar insidentin baş verdiyi ərazidə axtarış-xilasetmə işlərini davam etdirirlər.

***

17:39

Gürcüstanın Qudauri kurort zonasında qəzaya uğrayan helikopterin göyərtəsində ən az 5 nəfər olub.

APA-nın yerli bürosu “Mtavari Arxi” telekanalına istinadən xəbər verir ki, onlardan ikisinin pilot, üçünün isə xilasedici olduğu bildirilir.

Məlumata görə, helikopter qayalara çırpılaraq partlayıb.

***

17:21

Gürcüstanın Qudauri kurort zonasında Daxili İşlər Nazirliyinin (DİN) sərhəd xidmətinə məxsus helikopter qəzaya uğrayıb.

APA-nın yerli bürosu xəbər verir ki, məlumatı Gürcüstan DİN yayıb.

Bildirilib ki, qəzaya uğrayan helikopterin göyərtəsində Gürcüstan DİN-in Fövqəladə Halların İdarəetməsi Xidmətinin xilasediciləri və tibb işçiləri olub.

Məlumata görə, qəza kurort zonasında itkin düşmüş paraşütçülərin xilas edilməsi zamanı baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR