Gürcüstanda son sutkada 2 514 nəfər koronavirusa yoluxub

Gürcüstanda son sutkada 2 514 nəfər koronavirusa yoluxub
# 29 dekabr 2021 10:50 (UTC +04:00)

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2 514 yoluxma halı qeydə alınıb, 61 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 930 544, ölənlərin sayı isə 13 707 nəfərə çatıb.

Virusa yoluxanlardan 890 733 nəfərin sağaldığı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR