Gürcüstanda toy karvanında qəza olub, 6 nəfər xəsarət alıb

Gürcüstanda toy karvanında qəza olub, 6 nəfər xəsarət alıb
# 05 fevral 2023 01:28 (UTC +04:00)

Gürcüstanda toy karvanında qəza baş verib.

APA xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Axalkalaki-Araqva yolunda baş verən qəza nəticəsində 6 nəfər xəsarət alıb.

Toy kortejinin avtomobili qarşıdan gələn avtomobillə toqquşub.

Zərərçəkənlərdən 3-ü Tbilisidəki, digərləri isə Axalkalakidəki xəstəxanaya aparılıblar.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə ilə bağlı araşdırma başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR