Həkimlərin xatirəsinə 2 avro nominallı sikkə buraxılıb

Həkimlərin xatirəsinə 2 avro nominallı sikkə buraxılıb
# 15 may 2022 08:50 (UTC +04:00)

Koronavirusla mübarizə aparan həkimlərin xatirəsinə 2 avro nominalında sikkə buraxılıb.

APA-nın Belga agentliyinə istinadla xəbərinə görə, yeni pulları belçikanın maliyyə naziri Vinsent Van Petegem Qand Universitetində təqdim edib.

Xatirə sikkəsinin aversində maskalı tibb işçisi, şpris, əlil arabası təsvir edilib, 3 dildə “sağ ol” yazılıb. Reversdə isə standart formada pulun nominalı göstərilib.

2 milyon ədəd sikkə dövriyyəyə buraxılacaq. Kolleksiyaçılar üçün ayrıca yüksək keyfiyyətdə 155 000 ədəd sikkə ştamplanması nəzərdə tutulur.

Xatirə pulları tədavülə yayın sonunda çıxacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR