Hulusi Akar gürcü həmkarı ilə Qafqazda təhlükəsizliyi müzakirə edib

Hulusi Akar gürcü həmkarı ilə Qafqazda təhlükəsizliyi müzakirə edib
# 15 iyun 2022 20:36 (UTC +04:00)

Türkiyənin milli müdafiə naziri Hulusi Akar gürcü həmkarı Cuanşer Burçuladze ilə görüşüb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Görüş NATO Müdafiə Nazirlərinin iclası çərçivəsində Brüsseldə baş tutub.

Görüş zamanı müdafiə sahəsində ikitərəfli əməkdaşlıq, Qara dəniz və Qafqazda təhlükəsizlik məsələləri müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR