Hulusi Akar Şoyqu ilə taxıl dəhlizini müzakirə edib - YENİLƏNİB

Şoyqu, Akar

© APA | Şoyqu, Akar

# 31 oktyabr 2022 19:41 (UTC +04:00)

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Türkiyənin müdafiə naziri Hulusi Akar ilə telefon danışığı aparıb.

APA-nın Moskva müxbirinin Rusiya MN-ə istinadən verdiyi məlumata görə, Şoyqu və Akar Rusiya Federasiyası tərəfindən taxıl dəhlizi çərçivəsində Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracına dair sazişlərin icrasını dayandırmasını müzakirə ediblər.

***

15:08

Türkiyənin milli müdafiə naziri Hulusi Akar rusiyalı həmkarı Sergey Şoyqu ilə telefon danışığı aparacaq.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, Akar Şoyqu ilə taxıl dəhlizi ilə bağlı son hadisələri müzakirə edəcək.

Hulusi Akar "Taxıl sazişi"nin davam etməsi üçün səy göstərdiklərini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR