İsveçrədə ata olan şəxslərə ödənişli məzuniyyət veriləcək

İsveçrədə ata olan şəxslərə ödənişli məzuniyyət veriləcək
# 12 sentyabr 2019 12:34 (UTC +04:00)

İsveçrə parlamenti ödənişli atalıq məzuniyyətinin verilməsi ilə bağlı qanun qəbul edib.

APA-nın “swissinfo.ch” saytına istinadən verdiyi xəbərə görə, İsveçrə Senatından sonra Nümayəndələr Palatası da qanun layihəsini təsdiqləyib. Sənədin lehinə 129 parlamentari səs verib, 62 nəfər isə səsvermədə iştirak etməyib.

Yeni qanuna görə, övladı dünyaya gəlmiş atalar iki həftəlik atalıq məzuniyyəti götürə biləcək və bu müddətdə əmək haqqlarını ala biləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR