İran XİN başçısı almaniyalı həmkarına cavab verib

Annalena Berbok, Hüseyn Əmir-Abdullahian

© APA | Annalena Berbok, Hüseyn Əmir-Abdullahian

# 10 noyabr 2022 11:41 (UTC +04:00)

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Almaniya xarici işlər naziri Annalena Berboka cavab verib.

APA xəbər verir ki, bu barədə İran XİN başçısı "Twitter"də paylaşım edib.

"Xarici işlər naziri Annalena Berbok, təxribatçı, müdaxiləçi və qeyri-diplomatik yanaşma incəlik və müdriklikdən xəbər vermir, keçmiş əlaqələrin pozulmasının uzunmüddətli nəticələri olur və Almaniya ümumi problemləri həll etmək üçün ya əməkdaşlığı, ya da qarşıdurmanı seçə bilər. Bizim cavabımız mütənasib və qətiyyətli olacaq", - İran XİN başçısı deyib.

Qeyd edək ki, Almaniya xarici işlər naziri Annalena Berbok "Twitter" hesabındakı paylaşımında bildirib ki, onlar İrana qarşı yeni sanksiyalar üzərində işləyirlər: “Biz vaz keçmirik. İranın kişi və qadınlarının yanındayıq, təkcə bu gün deyil, nə qədər lazımdırsa, o müddət. Biz onların səsini dünyaya çatdırırıq. Siz tək deyilsiniz”.

Berbok qeyd edib ki, İranda etirazların qəddarca yatırılmasına görə məsuliyyət daşıyanlara Avropa İttifaqı sanksiya tətbiq edib.

“Biz növbəti sanksiyalar paketi üzərində tam şəkildə işləyirik. Eyni zamanda, biz çalışırıq ki, BMT-nin İnsan Haqları Şurasında İranla bağlı xüsusi sessiya keçirilsin və araşdırma mexanizmi yaradılsın. Çünki biz bilirik ki, günahkarların məsuliyyətə cəlb olunması zərərçəkmişlər üçün nə qədər vacibdir”, - o deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR