İranın xarici işlər naziri sabah Türkiyəyə səfər edəcək

İranın xarici işlər naziri sabah Türkiyəyə səfər edəcək
# 26 iyun 2022 18:38 (UTC +04:00)

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan sabah Türkiyəyə səfər edəcək.

APA-nın İstanbul bürosunun xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə-İran ikitərəfli münasibətlərinin gündəliyində duran məsələlər, cari regional və beynəlxalq hadisələr müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR