İsrail vətəndaşlarına sui-qəsd hazırlayan 3 iranlı İstanbulda həbs edilib

İsrail vətəndaşlarına sui-qəsd hazırlayan 3 iranlı İstanbulda həbs edilib
# 22 iyul 2022 14:26 (UTC +04:00)

İstanbul Baş Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu tərəfindən Türkiyədə İsrail vətəndaşlarına qarşı sui-qəsd törədilməsi təhlükəsi ilə bağlı “hərbi və ya siyasi casusluq” istintaqı üzrə əməliyyatlar davam edir.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə NTV kanalı məlumat yayıb.

Qeyd olunub ki, istintaq çərçivəsində ikinci əməliyyat keçirilib.

Polis tərəfindən aparılan əməliyyatlar nəticəsində üç İran vətəndaşı iyulun 21-də həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR