İsveç Baş naziri Türkiyədədir

İsveç Baş naziri Türkiyədədir
# 08 noyabr 2022 12:21 (UTC +04:00)

İsveçin Baş naziri Ulf Kristersson Türkiyəyə səfər edib.

APA “Anadolu”ya istinadən xəbər verir ki, İsveçin Baş naziri Anıtqəbiri ziyarət edib.

Nümayəndə heyəti ilə birgə Mustafa Kamal Atatürkün məqbərəsinə gələn Baş nazir Kristersson bura əklil qoyub.

Daha sonra Kristersson Anıtqəbir xüsusi kitabını imzalayıb.

“Təxminən 100 il əvvəl sizin qurduğunuz Türkiyə Respublikasına səfər etmək mənim üçün böyük şərəfdir. 1934-cü ildə Ankarada İsveç səfirliyinin açılışı zamanı o vaxt vəliəhd şahzadə Qustaf Adolfla çəkdirdiyiniz fotoşəkillər mənə ölkələrimiz arasındakı sıx əlaqələrin nə qədər qədim olduğunu xatırladır. İsveçlə bu gözəl ölkə arasında əlaqələri dərinləşdirmək istəyirəm”, - Baş nazir xatirə kitabına yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR