İsveç polisi Türkiyə səfirliyinin qarşısında Quranın yandırılmasına icazə verməyib

İsveç polisi Türkiyə səfirliyinin qarşısında Quranın yandırılmasına icazə verməyib
# 08 fevral 2023 19:02 (UTC +04:00)

İsveç polisi Türkiyə səfirliyinin qarşısında növbəti dəfə "Qurani-Kərimin"in yandırılmasına icazə verməyib.

APA xəbər verir ki, bu barədə "SVT Nyheter" polisə istinadən məlumat yayıb.

Stokholm polisinin mətbuat katibi Ola Österlinq bildirib ki, bu qərarı verməzdən əvvəl İsveç Təhlükəsizlik Xidməti ilə vəziyyəti müzakirə edib və nümayişin keçiriləcəyi təqdirdə ictimai asayişin və təhlükəsizliyin təmin oluna bilməyəcəyini qiymətləndirib.

Polis bildirib ki, bu dəfə icazənin verilməməsi qərarı dəyişən təhdid mənzərəsi əsasında qəbul edilib.

Müraciət edən şəxs nümayişi fevralın 9-da saat 12-də keçirmək istəyib. Polis bu dəfə icazə üçün müraciət edənin Rasmus Paludan olmadığını, ancaq "mədəni birliyi təmsil edən başqa şəxs" olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR