İsveç və Finlandiya Baş nazirləri təhlükəsizlik siyasətini müzakirə edəcək

İsveç Baş naziri Ulf Kristersson, Finlandiya Baş naziri Sanna Marin

© APA | İsveç Baş naziri Ulf Kristersson, Finlandiya Baş naziri Sanna Marin

# 30 yanvar 2023 10:23 (UTC +04:00)

Finlandiya və İsveç Baş nazirləri görüşəcək.

APA xəbər verir ki, bu barədə İsveç Baş nazirinin Ofisi məlumat yayıb.

Bildirilib ki, Finlandiyanın Baş naziri Sanna Marin fevralın 2-də Stokholma səfəri çərçivəsində İsveç Baş naziri Ulf Kristerssonla görüşəcək.

Baş nazirlərin görüşündə əsas diqqət İsveçin Aİ-yə sədrliyi və təhlükəsizlik siyasəti olacaq.

“Baş nazir kimi etdiyim ilk xarici səfər Finlandiyaya oldu. İndi hökumət başçısının Aİ-yə sədrliyi dövründə İsveçə ilk səfər Finlandiyadan olacaq. Ölkələrimiz uzunmüddətli əməkdaşlıq tarixinə malikdir", - İsveç Baş naziri deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR