İtaliya Nazirlər Şurası İskya adasında fövqəladə vəziyyət elan edib

İtaliya Nazirlər Şurası İskya adasında fövqəladə vəziyyət elan edib
# 27 noyabr 2022 16:40 (UTC +04:00)

İtaliya hökuməti şənbə günü yağan güclü yağışlar nəticəsində torpaq sürüşməsinin baş verdiyi İskya adasında fövqəladə vəziyyət elan edib.

APA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin rəhbərinin mətbuat xidmətinin bəyanatında deildirilib.

Bəyanatda deyildiyi kimi, Nazirlər Şurasının bazar günü keçirilən fövqəladə iclasında fövqəladə vəziyyətin nəticələrinin aradan qaldırılması üçün 2 milyon avro ayrılıb.

"Nazirlər Şurası, Baş nazir Giorgi Meloni və Mülki Müdafiə və Dəniz Siyasəti Naziri Nello Musumechi'nin təklifi ilə milli fövqəladə hallar fondundan 2 milyon avro ayrılması ilə fövqəladə vəziyyət tətbiq etmək qərarına gəldi"- bəyanatda deyilir. İzah edildiyi kimi, bu, təsirə məruz qalan əhali üçün bir il ərzində maliyyə yardımı nəzərdə tutur.

Qeyd edək ki, İtaliyanın İskya adasında baş vermiş sürüşmə nəticəsində 13 nəfər itkin düşüb, 1 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR