İtaliya Prezidenti: "Rusiyaya mümkün qədər çox ölkə sanksiya tətbiq etməlidir"

Sercio Mattarella

© APA | Sercio Mattarella

# 27 aprel 2022 15:31 (UTC +04:00)

"Rusiyaya mümkün qədər çox ölkə tərəfindən sanksiyalar tətbiq edilməlidir. Biz əlimizdən gələn qədər Ukraynanın öz müstəqilliyini qoruması üçün humanitar, siyas yardımlar göstərməliyik. Bütün bunların hamısı sülh danışıqlarına nail olmaq üçün edilməlidir”.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bu sözləri İtaliya Prezidenti Sercio Mattarella AŞPA-nın yaz sessiyası zamanı çıxışında deyib. O bildirib ki, İtaliya Ukraynanın təhlükəsizliyinin təminatçısı olmağa hazırdır və beynəlxalq vasitəçilərin sülh yolu ilə nizamlanması üzrə danışıqlara cəlb olunmasını zəruri hesab edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR