İtaliyanın yeni Baş naziri Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini açıqlayıb

İtaliyanın Baş naziri Ciorcia Meloni

© APA | İtaliyanın Baş naziri Ciorcia Meloni

# 10 noyabr 2022 16:06 (UTC +04:00)

“Biz Ukraynanın ərazi bütövlüyünü, suverenliyini, müstəqilliyini dəstəkləyirik”.

APA xəbər verir ki, bunu İtaliyanın Baş naziri Ciorcia Meloni NATO Baş katibi Yens Stoltenberq ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, İtaliya Alyans daxilində bu məsələ ilə bağlı siyasi vəhdəti dəstəkləyir və bununla bağlı mövqeyini ifadə edib.

"Biz Ukraynanın çağırışlarına cavab verməyə hazırıq", - o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR