KİV: Makron, Şolts və Draqi Kiyevə gedəcək

KİV: Makron, Şolts və Draqi Kiyevə gedəcək
# 11 iyun 2022 23:05 (UTC +04:00)

Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Olaf Şolts və İtaliyanın Baş naziri Mario Draqi iyunda Kiyevə səfər edəcəklər.

APA-nın xəbərinə görə, bu barədə BİLD nəşri məlumat yayıb

Nəşr yazır ki, səfər Böyük Yeddiliyin 26-28 iyunda keçiriləcək zirvə görüşünədək baş tutacaq. Tərəflər səfərlə bağlı uzun müddət müzakirə aparıblar. Draqini səfərə dəvət etmək təklifini Makron verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR