KİV: Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü bloklayıb

KİV: Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü bloklayıb
# 18 may 2022 17:23 (UTC +04:00)

Türkiyə Finlandiya və İsveçin hərbi ittifaqa qoşulma sorğusuna baxılması ilə bağlı ilkin qərarını əngəlləyib.

APA "Financial Times"ə istinadən xəbər verir ki, bu barədə məsələdən birbaşa xəbəri olan mənbə bildirib.

Mənbənin sözlərinə görə, NATO səfirləri Finlandiya və İsveçin müraciət ərizələrini təqdim etdikləri gün, üzvlük danışıqlarını açmaq məqsədi ilə görüşsələr də, Türkiyə tərəfinin etirazı ilə hər hansı səsvermə olmayıb.

Qeyd edək ki NATO-nun 30 üzvü Finlandiya və İsveçin ərizələrini ratifikasiya etməlidir, lakin bu proses yalnız müdafiə alyansı qoşulma protokolu verdikdən və iki ölkəni rəsmi olaraq qoşulmağa dəvət etdikdən sonra başlaya bilər.

NATO Stoltenberqin “bütün müttəfiqlərin təhlükəsizlik maraqları nəzərə alınmalıdır və bütün məsələlər üzərində işləmək və tez bir nəticəyə gəlmək əzmindəyik” sözlərini təkrarlamaqdan başqa şərh verməkdən imtina edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR