Kiyevə raket zərbələri endirilib, ölən və yaralananlar var - FOTO

Kiyevə raket zərbələri endirilib, ölən və yaralananlar var - FOTO
# 31 dekabr 2022 17:10 (UTC +04:00)

Rusiya Ordusu Ukraynanın bir sıra şəhərlərinə raket zərbələri endirib, ölkə ərazisində hava hücumu xəbərdarlığı elan edilib.

APA-nın “Ukrinform”-a istinadən verdiyi xəbərə görə, Kiyev meri Vitali Kliçko şəhərin Solomensk, Peçersk və Qoloseevsk rayonlarında partlayışların və dağıntıların olduğunu bildirib, hava hücumu xəbərdarlığı ləğv olunana qədər sakinləri sığınacaqlarda olmağa çağırıb.

Solomensk rayonunda 1 nəfər həyatının itirib, xəsarət alan 3 qadın və 2 kişi xəstəxanaya yerləşdirilib.

Nikolayev şəhərində də partlayışlar qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR