Ukrayna XİN rəhbəri: “Makronun mövqeyi iyrəncdir”

Ukrayna XİN rəhbəri: “Makronun mövqeyi iyrəncdir”
# 09 dekabr 2022 01:24 (UTC +04:00)

Fransa Prezidenti Emmanuel Makronun mövqeyi iyrəncdir.

APA xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Twitter”də yazıb.

“Fevraldan bəri Rusiya 184 ukraynalı idmançını öldürüb. İndi də cənab Bax Emmanuel Makrondan sitat gətirir ki, guya “idman siyasiləşdirilməməlidir” və Ukrayna, Rusiya və Belarus idmançılarına bərabər münasibət göstərilməlidir. Müharibə cinayətlərini ağartmaq üçün idmandan istifadə iyrəncdir”, - Kuleba bildirib.

Qeyd edək ki, “Paris-2024” Olimpiya Oyunlarının 2024-cü il 26 iyul-11 avqust aralığında keçirilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR