Latviya Rusiyanın 102 vətəndaşını arzuolunmaz şəxslər siyahısına daxil edib

Latviya Rusiyanın 102 vətəndaşını arzuolunmaz şəxslər siyahısına daxil edib
# 14 may 2022 06:22 (UTC +04:00)

Latviya Rusiyanın 100-dən çox vətəndaşını arzuolunmaz şəxslər siyahısına daxil edib.

APA xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Edqars Rinkeviç "Twitter" səhifəsində bildirib.

Giriş qadağası qeyri-müəyyən müddətə tətbiq edilir, siyahıya Rusiyanın bir sıra mədəniyyət nümayəndələri daxildir.

Ümumilikdə siyahıya 102 nəfər əlavə olunub.

Mayın 9-da Rinkeviç Filipp Kirkorov, Vladimir Vinokur, Yevgeni Petrosyan və İrina Viner-Usmanovanın Latviyaya girişinə qadağa qoyulduğunu açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR