Macarıstan XİN başçısı Brüsseli ittiham edib

Macarıstan XİN başçısı Peter Siyarto

© APA | Macarıstan XİN başçısı Peter Siyarto

# 18 iyul 2022 13:59 (UTC +04:00)

Ukraynadakı vəziyyəti sülh yolu ilə həll etməyin yolları axtarılmalıdır.

APA xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto "Facebook"da bildirib.

"Müharibə vəziyyəti getdikcə pisləşir, lakin Brüssel sülh üzərində işləmək əvəzinə, başqa sanksiyalar paketi hazırlamaqla məşğuldur. Sülh daha çox insan itkilərinin qarşısını almaq, müharibənin yaratdığı inflyasiyanı həll etmək, enerji təchizatının qeyri-müəyyənliyi ilə məşğul olmaq və ərzaq təchizatı çətinliklərini aradan qaldırmaq üçün yeganə həll yoludur", - Macarıstan XİN başçısı qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR