Makron Almaniyaya səfər edəcək

Makron Almaniyaya səfər edəcək
# 02 iyun 2023 14:51 (UTC +04:00)

Fransa Prezidenti Emmanuel Makron 6 iyunda Almaniyaya səfər edəcək.

APA xəbər verir ki, bu barədə Almaniya hökumətinin nümayəndəsi Kristian Hoffman bu gün keçirdiyi brifinqdə bildirib.

Hoffmanın sözlərinə görə, Almaniya kansleri Olaf Şolts ölkənin şərqində Brandenburq torpağında yerləşən Potsdam‎ şəhərində Fransa lideri ilə beynəlxalq məsələləri müzakirə edəcək.

"Tərəflər ikitərəfli və beynəlxalq mövzuları, Avropa gündəmini müzakirə edəcəklər. Mətbuat konfransı planlaşdırılmayıb", - deyə hökumət nümayəndəsi bildirib.

“Görüş işgüzar nahar formatında keçiriləcək”, - Hoffman vurğulayıb.

Hökumət nümayəndəsi onu da əlavə edib ki, Fransa Prezidenti Makron Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin dəvəti ilə 2-4 iyul tarixlərində Federativ Respublikaya dövlət səfəri edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR