Makron Putinə sülhün bərpası üçün kömək etməyə hazır olduğunu deyib - VİDEO

Fransa Prezidenti Emmanuel Makron

© APA | Fransa Prezidenti Emmanuel Makron

# 03 may 2022 20:33 (UTC +04:00)

Fransa Prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putinlə söhbətində Mariupol və Donbassdakı vəziyyətdən narahatlığını bildirib.

APA xəbər verir ki, bu barədə Yelisey sarayə məlumat yayıb.

Fransalı lider Rusiyanı “Azovstal” zavodunun ərazisindən evakuasiyaya yardımı davam etdirməyə çağırıb.

Fransa Prezidenti, Ukrayna münaqişəsinin nəticələrinə ciddi yanaşdığını bir daha bəyan edib.

O, Rusiyanı BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi öz məsuliyyətinə uyğun hərəkət etməyə çağırıb.

Makron həmçinin Putinə sülhün bərpası naminə razılaşmaların əldə olunmasına kömək etməyə hazır olduğunu bildirib.

“Fransa lideri sülhü, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə tam hörməti təmin edəcək danışıqlar yolu ilə kömək etməyə hazır olduğunu bildirib”, - deyə Makron administrasiyasının bəyanatında bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR