Makron Rəisi ilə 90 dəqiqə telefonla danışıb

Makron Rəisi ilə 90 dəqiqə telefonla danışıb
# 10 iyun 2023 18:49 (UTC +04:00)

Fransa Prezidenti Emmanuel Makron və İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı baş tutub.

APA xəbər verir ki, bu barədə İran prezidentinin aparat rəhbərinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi “Twitter”də paylaşım edib.

Fransa Prezidenti iranlı həmkarına zəng edib. Telefon danışığı 90 dəqiqə davam edib.

Liderlər qarşılıqlı fəaliyyətin davam etdirilməsi, xüsusi ilə də sanksiyaların aradan qaldırılması və regional məsələlərlə bağlı danışıqlar barədə razılığa gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR