Makron: Ukraynanın NATO-ya tamhüquqlu üzvlüyü ilə bağlı müttəfiqlər arasında konsensus yoxdur

Emmanuel Makron

© APA | Emmanuel Makron

# 31 may 2023 17:20 (UTC +04:00)

“Ukraynanın NATO-ya tamhüquqlu üzv olması ilə bağlı müttəfiqlər arasında konsensus yoxdur”.

APA xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron GLOBSEC-də çıxışında deyib.

Fransa Prezidenti bildirib ki, NATO-ya tamhüquqlu üzv olmaqla yanaşı, təhlükəsizlik zəmanətinin verilməsi də seçim ola bilər.

“Mən əmin deyiləm ki, Vilnüs Sammitində Ukraynanın NATO-ya tamhüquqlu üzvlüyü ilə bağlı müttəfiqlər arasında konsensus əldə olunsun. Gəlin bu məsələdə açıq olaq. Düşünürəm ki, biz güclü, əhatəli təhlükəsizlik zəmanəti barədə danışmalıyıq. “Budapeşt paketi” kimi bir şeyi nəzərdə tutmuram. Bizə əhatəli bir şey lazımdır. Və eyni zamanda, biz üzvlüyə doğru yolu müəyyən etməliyik. De-fakto Ukrayna bizi müdafiə edir və de-fakto Ukrayna hərbi cəhətdən yaxşı təchiz olunub”, - Makron vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR