Mario Draqiyə etimad səsverməsində əsas koalisyadakı partiyalar iştirakdan imtina edib

Mario Draqi

© APA | Mario Draqi

# 20 iyul 2022 22:32 (UTC +04:00)

İtaliyada Baş nazir Mario Draqiyə etimad səsverməsi keçirilib.

APA xəbər verir ki, koalisyadakı üç əsas partiya - sağ mərkəzçi Forza İtaliya partiyası, ifrat sağçı Liqa və populist Beş Ulduz Hərəkatı (M5S) səsvermədə iştirakdan imtina edib.

Bildirilir ki, o, Prezidentə istefasını təqdim edə bilər.

Xatırladaq ki, İtaliya Senatı Draqiyə etimad göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR