Mark Milley Finlandiya Prezidenti ilə Ukraynanı müzakirə edib

Sauli Niinistö, Mark Milley

© APA | Sauli Niinistö, Mark Milley

# 03 iyun 2022 18:14 (UTC +04:00)

Finlandiya Prezidenti Sauli Niinistö ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milley ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Prezident Niinistö "Twitter"də bildirib.

Onun sözlərinə görə, görüşdə Ukraynadakı müharibə və hazırki vəziyyət müzakirə olunub.

Finlandiya Prezidenti qeyd edib ki, ABŞ Finlandiyanın NATO üzvlüyünü dəstəkləyir və Finlandiya ilə ABŞ arasında ikitərəfli müdafiə əməkdaşlığı güclənir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR