Maykl Karpenter: “Bir gün Gürcüstan görəcək ki, 100 faiz torpaqları işğal altındadır"

Maykl Karpenter: “Bir gün Gürcüstan görəcək ki, 100 faiz torpaqları işğal altındadır"
  • Clock-gray 12:55
  • calendar-gray 19 İyun 2019

“Bir gün Gürcüstan oyanacaq və görəcək ki, 20 faiz yox, 100 faiz torpaqları işğal altındadır".

APA-nın xəbərinə görə, bu sözləri ABŞ müdafiə nazirinin sabiq müavini, Pensilvaniya Universitetinin Bayden Mərkəzinin direktoru Maykl Karpenter rəsmi “Twitter” səhifəsində qeyd edib. 

“Gürcüstanda cəmi 3 gün keçirdim. Əmin deyiləm ki, hökumət Rusiya ilə "açıq qapı" siyasətinin nəticələrini tam dərk edir. Bu qədər sayda “turistlə” və rusiyalı iş adamları tərəfindən alınan torpaqlarla, onlar bir gün ayılıb görəcəklər ki, 20 faiz yox, 100 faiz torpaqları işğal olunub”, - deyə M.Karpenter yazıb. 
 

Rəna Ağayeva

Digər xəbərlər

Arxiv

date