Mer: “İşğaldan sonra Buçada qalan hər 5 nəfərdən biri qətlə yetirilib”

Mer: “İşğaldan sonra Buçada qalan hər 5 nəfərdən biri qətlə yetirilib”
# 18 aprel 2022 14:03 (UTC +04:00)

Buçanın işğalından sonra şəhərdə qalan hər beş nəfərdən biri qətlə yetirilib.

APA xəbər verir ki, bu barədə şəhərin meri Anatoli Fedoruk Ukrayna telekanalına açıqlamasında bildirib.

“Biz hesabladıq: işğaldan sonra şəhərdə qalan hər beş nəfərdən biri öldürülüb. Mən şəxsən, minlərlə həmvətənim kimi, dinc buçalılara işgəncə verən və onları qətlə yetirənlərə nifrət edirəm”, - mer əlavə edib.

O qeyd edib ki, xüsusilə də Buça və Vorzeldə mülki əhaliyə qarşı ağır cinayətlər qeydə alınıb.

“Xüsusi ağır cinayətlər qrup şəklində təcavüz və uşaqların qətlə yetirilməsidir. Bu cinayətlər Buça və Vorzeldə törədilib. Nə qədər ağır olsa da, biz bu barədə rus dilində danışmalıyıq. Qoy rusiyalı analar öz uşaqlarının Buçada nə etdiklərini eşitsinlər”, - mer vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR