Mer: “Rusiyanın Lvova ən böyük raket hücumu dalğası tam zərərsizləşdirilib”

Mer: “Rusiyanın Lvova ən böyük raket hücumu dalğası tam zərərsizləşdirilib”
# 17 may 2022 12:30 (UTC +04:00)

Ötən gecə Ukraynanın Lvov vilayəti Rusiya işğalı başlayandan sonra say baxımından ən böyük raket hücumlarından birinə məruz qalıb.

APA-nın xəbərinə görə, bu barədə Lvov meri Andrey Sadovıy “Facebook” hesabındakı paylaşımında qeyd edib. Bildirib ki, gecə ərzində Lvovda iki dəfə hava hücumu siqnalı çalınıb və iki dəfə kütləvi raket atəşi dalğası olub.

Sadovıy əlavə edib ki, atılan raketlərdən heç biri hədəfinə çatmayıb və Ukrayna HHM qüvvələri tərəfindən havadaca məhv edilib.

Mer vurğulayıb ki, raketlər zərərsizləşdirildiyindən hədəfin Lvov olub-olmaması dəqiq bilinmir, lakin vurulan raketlərdən birinin qalıqları Yarovski rayonundakı kəndlərdən birində dəmiryolu infrastukturunun üzərinə düşərək, onu zədələyib.

Sadovıy əlavə edib ki, raketin düşdüyü yer Avropa İttifaqı ilə sərhəddən 20 kilometr aralıdadır.

Mer sakinləri raketlərin uçuşunu və HHM qüvvələrinin işini çəkməməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR