Mərakeş Ukraynaya T-72 tankları verib

Mərakeş Ukraynaya T-72 tankları verib
# 23 yanvar 2023 01:36 (UTC +04:00)

Mərakeş Krallığı Ukraynaya Çexiyada modernozasiya olunmuş naməlum sayda T-72B tanklarını təhvil verib.

APA-nın xəbərinə görə, bu barədə hərbi yaxın mövzularda ixtisaslaşan fransızdilli “Menadefense” nəşri məlumat yayıb.

Nəşr qeyd edir ki, bir həftə əvvəl Çexiya Ukraynaya iyirmiyə yaxın T-72 tankı göndərib. Çexiyanın baş naziri Petr Fialanın tanklara avtoqraf qoyması kadrı saytlarlda yayılıb.

Nəşr Mərakeşin Ukraynaya neçə tank verdiyini dəqiqləşdirmir.

Bununla belə, Krallığın arsenalında müxtəlif modifikasiyalı 300-ə yaxın T-72 tankının olduğu məlumdur. Onlar 1999-2000-ci illərdə Belarusdan alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR