Merkel BMT-nin Nansen Qaçqınlar Mükafatına layiq görülüb

Merkel BMT-nin Nansen Qaçqınlar Mükafatına layiq görülüb
# 04 oktyabr 2022 14:23 (UTC +04:00)

Almaniyanın keçmiş federal kansleri Angela Merkel Suriya böhranı zamanı qaçqınların qorunması istiqamətində göstərdiyi fəaliyyətlərinə görə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Nansen Qaçqınlar Mükafatına layiq görülüb.

APA-nın BMT-yə istinadən xəbərinə görə BMT QAK və BMT-nin Qaçqınlar üzrə Agentliyi sabiq kanslerin 2022 BMT QAK Nansen Mükafatını qəbul edəcəyini bəyan edib.

Qeyd olunub ki, Suriyada münaqişənin pikə çatdığı və ölümcül zorakılıq hallarının baş verdiyi 2015-2016-cı illərdə federal kansler Angela Merkelin liderliyi ilə 1.2 milyon qaçqın və sığınacaq axtaran Almaniyaya qəbul edilib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi Angela Merkelin qaçqınların qorunmasında göstərdiyi qətiyyəti, insan haqları, humanitar prinsiplər və beynəlxalq hüquq üçün ayağa qalxmasını təqdir etdiyini bəyan edib.

Seçim komitəsi Angela Merkelin liderliyi ilə yüz minlərlə insanın müdafiəsinin təmin edilməsi istiqamətində cəsarətli və mərhəmətli fəaliyyət göstərildiyini, kanslerin təhlükəsizlik axtaranlar üçün uzunmüddətli həll yolu tapılması səylərini tanıdığını bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR