Moldovada Rusiyanın xəbər proqramları qadağan ediləcək

Mayya Sandu, Moldova Prezidenti

© APA | Mayya Sandu, Moldova Prezidenti

# 19 iyun 2022 12:21 (UTC +04:00)

Moldova Prezidenti Mayya Sandu ölkə ərazisində Rusiyanın xəbər proqramlarının qadağan edilməsi barədə qanunu imzalayıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Moldova Televiziya və Radio Şurasının sədri Liliana Vitsu bildirib.

Liliana Vitsu deyib ki, qanun gələn həftənin cümə günü dərc olunacaq və dərc olunduqdan sonra qüvvəyə minəcək.

Qanunda dezinformasiya dair də sərt tələblər müəyyənləşir. Əgər KİV-in dezinformasiya yaydığı təsdiqini taparsa, 7 il lisenziyadan məhrum ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR