Monteneqro hökuməti üç günlük matəm elan edəcək

Monteneqro hökuməti üç günlük matəm elan edəcək
# 13 avqust 2022 02:06 (UTC +04:00)

Aİ-nin xarici siyasət komissarı Josep Borrell cümə günü Monteneqroda 11 nəfərin ölümü ilə nəticələnən atışma ilə bağlı başsağlığı verib.

APA xəbər verir ki. o, bu barədə "Twitter" səhifəsində yazıb:
"Bugünkü Çetinye faciəsi ilə əlaqədar həlak olanların ailələrinə və Monteneqro xalqına dərin hüznlə başsağlığı verirəm. Fikirlərimiz sizinlədir".

Çetinye faciəsi ilə əlaqədar Monteneqro hökuməti üç günlük matəm elan edəcək.

Monteneqronun milli televiziyasının polisə istinadən verdiyi məlumata görə, Monteneqronun Çetinye şəhərində atışma nəticəsində 11 nəfər ölüb, daha 6 nəfər ağır yaralanıb.

Atəş açan şəxs təcili tibbi yardım briqadalarının yaralılara yaxınlaşmasına imkan verməyib, daha sonra asayiş keşikçilərinə atəş açıb, bundan sonra o, məhv edilib. Media hücumçunun qonşularından biri tərəfindən öldürüldüyünü yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR