Müharibə başlayandan Gürcüstana gələn Ukrayna vətəndaşlarının sayı açıqlanıb

Müharibə başlayandan Gürcüstana gələn Ukrayna vətəndaşlarının sayı açıqlanıb
# 04 oktyabr 2022 14:45 (UTC +04:00)

Rusiya ilə müharibənin başlamasından sonra 25 990 Ukrayna vətəndaşı Gürcüstana gəlib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanov bildirib. Onun sözlərinə görə, Gürcüstana gələn ukraynalıların 6 980 nəfəri azyaşlılardır.

Kasyanov qeyd edib ki, Ukraynanın Gürcüstana yeni səfir təyin etməsi məsələsi ikitərəfli əlaqələrin gündəliyindədir. O, Gürcüstan və Ukrayna xarici işlər nazirlərinin bu məsələni müxtəlif formatlarda müzakirə etdiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR