Müharibə başlayandan Ukraynada 32 jurnalist həlak olub

Müharibə başlayandan Ukraynada 32 jurnalist həlak olub
# 06 iyun 2022 13:34 (UTC +04:00)

Müharibə başlayandan sonra Ukraynada 32 media nümayəndəsi həlak olub.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna Ali Radasının spikerinin birinci müavini Aleksandr Kornienko “Twitter” hesabındakı paylaşımında qeyd edib.

“Ukraynada jurnalistlər günü. Genişmiqyaslı işğal başlayandan bəri 32 media nümayəndəsi həlak olub. Biz həlak olanların xatirəsini ehtiramla yad edirik. Ukraynanı informasiya cəbhəsində müdafiə edənlərin hamısına cəsarət və güc arzu edirik. Fəaliyyətiniz üçün təşəkkür edirik!”, - deyə Kornienko qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR