NATO ilə danışıqlarda Rusiyanı kimlərin təmsil edəcəyi məlum olub

NATO ilə danışıqlarda Rusiyanı kimlərin təmsil edəcəyi məlum olub
# 05 yanvar 2022 11:20 (UTC +04:00)

Rusiya-NATO Şurasının iclasında Rusiya Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin idarələrarası nümayəndə heyəti ilə təmsil olunacaq.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.

O bildirib ki, Rusiya XİN-in nümayəndə heyəti ilə yanaşı, Müdafiə Nazirliyindən olan heyətin də hərbi təhlükəsizlik məsələlərinin müzakirəsində birbaşa iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, daha əvvəl NATO Baş katibi Yens Stoltenberq yanvarın 12-də Rusiya-NATO Şurasının iclasının keçiriləcəyini təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR