NATO-nun keçmiş Baş katibi Polşanın Ukraynada qoşun yerləşdirəcəyini istisna etmir

Anders Rasmussen

© APA | Anders Rasmussen

# 08 iyun 2023 12:26 (UTC +04:00)

“Biz bilirik ki, Polşa Ukraynaya konkret yardım göstərməkdə çox fəal iştirak edir”.

APA "Guardian"a istinadən xəbər verir ki, bu barədə NATO-nun keçmiş Baş katibi Anders Rasmussen deyib.

“Mmən Polşanın bu kontekstdə milli zəmində daha da güclənəcəyini və Baltikyanı dövlətlərin də onun ardınca gedəcəyini hətta əraziyə qoşunların yerləşdirilməsi ehtimalını istisna etməzdim.

Biz Polşanın hisslərini aşağı qiymətləndirməməliyik, indi polyaklar hesab edirlər ki, çox uzun müddət Qərbi Avropa onların əsl rus mentaliteti ilə bağlı xəbərdarlıqlarına qulaq asmayıb", - NATO-nun keçmiş Baş katibi əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR