Madriddə keçiriləcək NATO sammitinin dəqiq tarixi açıqlanıb.
APA xəbər verir ki, bu barədə NATO Baş katibinin sözçüsü Oana Lunçesku bildirib.
Onun sözlərinə görə, Madrid 28-30 iyun tarixlərində NATO-nun sammitinə ev sahibliyi edəcək.
Tədbir NATO Baş katibi Yens Stoltenberqin sədrliyi ilə keçiriləcək.