NATO-nun mənzil-qərargahında bayraqlar endirilib

Brüssel, NATO-nun mənzil-qərargahı

© APA | Brüssel, NATO-nun mənzil-qərargahı

# 09 sentyabr 2022 11:01 (UTC +04:00)

Böyük Britaniya Kraliçası II Elizabetin vəfatı ilə əlaqədar NATO-nun mənzil qərargahında bayraqlar endirilib.

APA xəbər verir ki, bu barədə NATO-nun mətbuat katibi Oana Luncesku "Twitter"də bildirib.

"Transatlantik Alyansımızın güclü dəstəkçisi olan Ülyahəzrət Kraliça II Elizabetin vəfatı ilə əlaqədar bu gün 30 Müttəfiqin bayraqları yarıya qədər endirilib”, - o qeyd edib.

Xatırladaq ki, Böyük Britaniya Kraliçası II Elizabet sentyabrın 8-də vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR