NATO-Ukrayna Komissiyasının iclası keçirilib

NATO-Ukrayna Komissiyasının iclası keçirilib
# 08 iyun 2023 19:32 (UTC +04:00)

NATO Baş katibi Yens Stoltenberqin sədrliyi ilə NATO-Ukrayna Komissiyasının müttəfiq səfirlərin və Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın iştirakı ilə iclası keçirilib.

APA xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

İclasa virtual formatda qatılan ukraynalı nazir Kuleba, müttəfiqlərə Ukraynanın cənubundakı Nova Kaxova su anbarının dağıdılması və bunun nəticələri barədə məlumat verib.

İclasa sədrlik edən NATO Baş katibi Yens Stoltenberq minlərlə insan və ətraf mühit üçün nəticələrin ağır olduğunu vurğulayıb və o, müttəfiqləri Ukraynaya təcili dəstək verməyə çağırıb.

İclasda qeyd olunub ki, NATO müttəfiqləri Ukrayna ilə güclü həmrəylik ifadə ediblər və bir çox ölkələr artıq su filtrləri, nasoslar, generatorlar və sığınacaq avadanlıqları da daxil olmaqla, kritik yardım göstərib və bu, davam edir.

İclasda NATO-nun Avro-Atlantik məkanda Fəlakətlərə Cavab Koordinasiya Mərkəzi, Alyansın mülki fövqəladə hallara reaksiya mexanizmi, NATO müttəfiqləri və tərəfdaşları ilə Ukraynanın ən təcili ehtiyaclarının ətraflı siyahısını paylaşıb.

Baş katib Ukraynaya təcili, orta və uzunmüddətli dəstəyin vacibliyini vurğulayaraq, bunun gələn həftə NATO Müdafiə Nazirləri və Ukrayna Müdafiə Təmas Qrupunun görüşləri, eləcə də iyulda Vilnüs Sammiti üçün əsas mövzu olacağını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR