İsveçin xarici işlər naziri Tobias Billström Türkiyə-İsveç danışıqlarının dayandırıldığını açıqlayıb.
APA-nın Türkiyə müxbiri xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
O bildirib ki, Quranın yandırılması ilə bağlı aksiyalar fonunda İsveçin NATO-ya üzv olmaq prosesi dayandırılıb.
Qeyd edək ki, bundan əvvəl rəsmi Ankara da İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə dair üçtərəfli mexanizm üzrə növbəti görüşün təxirə salındığını bildirmişdi.