Netanyahu Almaniyaya səfər edəcək

Netanyahu Almaniyaya səfər edəcək
# 13 mart 2023 15:47 (UTC +04:00)

İsrail Baş naziri Benyamin Netanyahu Almaniyaya səfər edəcək.
APA "Jerusalem Post"a istinadən xəbər verir ki, bu barədə Almaniya hökumət sözçüsü bildirib.
Onun sözlərinə görə, Almaniya Kansleri Olaf Şolts martın 16-da Berlində İsrailin baş naziri Benyamin Netanyahu ilə iş naharında görüşəcək.
Liderlərin ikitərəfli məsələləri, o cümlədən beynəlxalq və regional təhlükəsizlik məsələlərini müzakirə edəcəyini bildirən sözçü, İsraildə məhkəmə islahatlarının da müzakirə mövzuları arasında olacağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR