Niderland səfiri Türkiyə XİN-ə çağırılıb

Niderland səfiri Türkiyə XİN-ə çağırılıb
# 24 yanvar 2023 12:47 (UTC +04:00)

Niderlandın Türkiyədəki səfiri Joep Wijnands Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə APA-nın İstanbul müxbirinə Türkiyə XİN-dən bildirilib.

Səbəb olaraq yanvarın 22-də Niderlandın Haaqa şəhərində bir şəxsin “Qurani-Kərim”i cırması göstərilib.

Qeyd olunub ki, bu hərəkətlər təkcə müsəlmanların deyil, bütün bəşəriyyətin əsas hüquq və azadlıqlarını, mənəvi dəyərlərini və sosial tolerantlığını hədəf alır.

“Niderland hakimiyyət orqanlarından hadisəni törədən şəxsə qarşı lazımi tədbirlər görməsini və belə hadisələrin təkrarlanmaması üçün konkret tədbirlər həyata keçirməsini gözləyirik”, - bəyanatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR