Norveç tarixində ən böyük narkotik partiyası müsadirə edilib

Norveç tarixində ən böyük narkotik partiyası müsadirə edilib
# 01 aprel 2023 08:18 (UTC +04:00)

Norveçdə polisin keçirdiyi əməliyyat nəticəsində ölkə tarixində ən böyük narkotik partiyası müsadirə olunub.

APA Norveçin NTB xəbər agentliyinə istinadla xəbər verir ki, narkotiklər bu həftə Almaniya polisinin Potsdamda keçirdiyi reyd çərçivəsində bir müddət əvvəl 1200 kiloqram narkotik maddə müsadirə edildikdən sonra alınan məlumatlar əsasında müsadirə edilib.

Ümumilikdə, Norveç hüquq-mühafizə orqanları Osloda meyvə qutularında 800 kiloqram narkotik maddə ələ keçirib. Polis Osloda kokainin aşkar edildiyi tarixi və onun haradan gəldiyini açıqlamasa da, keçirilən bu əməliyyat nəticəsində heç kimin həbs olunmadığı məlumdur.

Polisin sözçüsü Qreta Lien Metlidin sözlərinə görə, bu, Norveç tarixində ən böyük narkotik müsadirəsidir. O, kokainin Norveç bazarı üçün nəzərdə tutulduğunu və ya Norveçin tranzit məntəqəsi kimi istifadə edildiyini söyləmək üçün hələ tez olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR