Odessadan gələn gəminin İstanbulda yoxlanışı başa çatıb

Odessadan gələn gəminin İstanbulda yoxlanışı başa çatıb
# 03 avqust 2022 17:55 (UTC +04:00)

İstanbulda Odessa limanından yola çıxan ilk qarğıdalı yüklü RAZONI quru yük gəmisinin yoxlama prosesi başa çatıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bundan sonra gəmi Livan istiqamətində yoluna davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR